“Zirə”nin hücumçusu Nelson Bonilla Salvador – Honduras (2:2) matçından sonra açıqlama verib:
İdmanxeber.com-un məlumatına görə, Premyer Liqamızın bombardirir vurduğu qoldan sonra özünü xoşbəxt hiss etdiyini bildirib:
“Oyunda qalib gələ bilərdik. Bu hesab bizi qane etmir. Amma yaxşıdır ki, məğlub olmadıq. Vurduğum qol baxımlı alındı. Özümə inanırdım. Milliyə 1 xal qazandırdığım üçün çox xoşbəxtəm. Hondurasla növbəti oyunda bundan da yaxşı oynamalıyıq və qalib gəlməliyik”.
Xatırladaq ki, Nelson Bonilla Hondurasla matçda 90 dəqiqə meydanda olub və 89-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub.

