13 İyul 2026
Dünyadan

AVRO-2016: Portuqaliya millisinin heyəti açıqlandı

Portuqaliya millisinin “Avro-2016″nın final mərhələsi üçün genişləndirilmiş heyəti açıqlanıb.

Qeyd edək ki, Portuqaliya millisi F qrupunda İslandiya, Avstriya və Macarıstanla mübarizə aparacaq.

Qapıçılar: Antoni Lopeş (“Lion”), Eduardo (“Dinamo” Zaqreb), Rui Patrisiu (“Sportinq”)

Müdafiəçilər: Bruna Alveş (“Fənərbaxça”), Sedrik, Fonte (hər ikisi “Sauthempton”), Pereyra Danilu (“Porto”), Eliseu (“Benfika”), Pepe (“Real”), Rafael Erreyro (“Loryan”), Rikardu Karvalyo (“Monako”)

Yarımmüdafiəçilər: Adrien Silva, Joao Mariyu, Vilyam Karvalyo (hər üçü “Sportinq”), Andre Qomeş (“Valensiya”), Joao Moutinyo (“Monako”), Nani (“Fənərbaxça”), Renato Sançes (“Benfika”), Rikardu Kuarejma (“Beşiktaş”), Vierinya (“Volfsburq”)

Hücumçular: Ronaldo (“Real”), Eder (“Suonsi”), Rafa (“Oliveyrnes”)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43