Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib.
İdmanxeber.com-un məlumatına görə, final qarşılamasında "Qarabağ" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirib.
Respublika stadionundabaş tutan matçın əsas vaxtında hesba açılmayıb. Əlavə vaxtın son snaiyələrində Migel Madeyra başla fərqlənərək kuboku komandasına qazandırıb.
Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.
25 may (çərşənbə)
Azərbaycan kuboku, final
20:00.“Qarabağ” – “Neftçi” 1:0
QOL: Madeyra, 120
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu

