“Neftçi”də bəyəndiyim futbolçular, hücumçu var. Ancaq inanmayın ki, onlar istədiyimiz futbolçunu bizə verələr”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun çalışdırıcı hücumçu axtarışlarının davam etdiyini bildirib:
“Açığı yerli hücumçu almaq problemdi. Ona görə də əcnəbi hücumçu transfer etməyi planlaşdırırıq. Artıq iki aydı bu istiqamətdə iş gedir. İnanıram ki, istədyimiz hücumçunu tapa biləcəyik”.

