22 Oktyabr 2024
Kateqoriyasız

“Bavariya” Levandovskini satmaq istəmir – yeni təklif

“Bavariya” Avropanın bir çox klubunun hədəfində olan futbolçusu Robert Levandovskini komandada saxlamaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, bu səbəbdən Münhen təmsilçisi polşalı hücumçuya 5 illik müqavilə təklif edib.

Levandovski bu təklifi müsbət cavablandıracağı təqdirdə, illik maaşı 9 milyon avrodan 15 milyon avroya yüksələcək. Bununla da onun gəliri mükafatlarla birgə bu məbləği alan Tomas Müllerlə eyni olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43