05 İyul 2026
Kateqoriyasız

Döyüşçümüz İFFA kəmərinə sahib çıxıb

Bakıda Respublika gününə həsr olunmuş daha bir beynəlxalq turnir keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, bu turnirdə çıxış edən “Raiq Muay Tay klubu” uğurlu çıxışı ilə diqqət çəkib. Belə ki, “Raiq Muay Tay klubu”nun üzvü Alid Məmmədzadə tay boks yarışlarında finala kimi irəliləyib. Alid həlledici döyüşdə iranlı rəqibinə də qalib gələrək İFFA kəmərinə sahib çıxıb.

Diqqətinizə çatdıraq ki, Alidi bu yarışa millimizin məşqçisi Şəhriyar İsayev və “Raiq Muay Tay klubu”nun məşqçisi Maksud Allahverdiyev hazırlayıb.

“Raiq Muay Tay klubu” onlara yaratdığı şəraitə görə federasiya prezidenti Azər Həsənsoya təşəkkürünü bildirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43