“Neftçi” klubunun inzibati binasında Müşahidə Şurasının növbəti iclası keçirilib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Vəli Qasımov 2016/2017-ci illər mövsümü üçün “Neftçi”nin baş məşqçisi vəzifəsinə təsdiq olunub.
Bundan əlavə klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə edilib.
Qeyd edək ki, bu ilin mart ayından – Əsgər Abdullayevin istefasından sonra Vəli Qasımov baş məşqçi səlahiyyətlərini icra edirdi.