23 Oktyabr 2024
Kateqoriyasız

Eddi İsrafilov La Liqaya yaxınlaşır

İspaniya Sequnda Liqasında La Liqaya yüksəlmək uğrunda yarımfinalın ilk oyunları baş tutub. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Kordoba” da ilk oyununu keçirib.

Sözügedən komanda öz meydanında “Jirona” ilə qarşılaşıb. Matç 2:1 hesabıyla futbolçumuzun klubunun xeyrinə başa çatıb.

Eddi bu görüşdə iştirak etməyib. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Bu komandalar arasındakı cavab görüşü iyunun 12-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43