Bu gün Azərbaycan çempionatında 2-ci turun oyunları çərçivəsində “Kəpəz” AZAL-ı qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, 0:0 bitən matçdan sonra “Kəpəz”-in baş məşqçisi Şahin Diniyev bunları deyib:
“Birinci
hissədə ümumiyyətlə futbol yox idi. Meydançada qaçmaq yox dayanmaq belə problem
idi. Motivasiya baxımından köklənə bilmədik. Uşaqları yenə təbrik edirəm. Bu
isti havada meydana çıxıb mübarizə apardılar. AZAL-ı da təbrik edirəm lazım
olan 1 xalı qazandılar. Qarşıdakı oyunlar daha yaxşı hazırlaşacağıq. Gələcək
oyunları düşünməliyik. Azarkeşlər də bu istidə gəlmişdilər əsas onlara görə
narahat idim.
Oyun
axşam saatlarında olsaydı daha yaxşı olardı. Amma bu səlahiyyətimizdə deyil.
Biz burda, Gəncədə oynamaq istəyirik.
Penalti
vəziyyətini dəqiq görmədim. Amma yəqin ki, təkrarına baxılacaq. Yaxşı futbola
mane olan hakim yox, isti hava oldu.
Ebah
psixoloji təzyiq altındadır. İnanıram ki, bir qol vursa ardı gələcək. Özünə
inamı yoxdur. Çünki vaxt keçdikcə, qol vura bilmədikcə inam daha da azalır”.

