“Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki rəqiblərindən “Maynts” heyətini gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, alman klubu “Bayer Leverkuzen”dən Andre Ramalyo Silvanı icarəyə götürüb.
Braziliyalı müdafiəçi ilə əldə olunmuş razılığın bir illik olduğu bildirilib.
Qeyd edək ki, 2015-ci ildə “Zalsburq”dan “Bayer”ə keçən 24 yaşlı braziliyalı leverkuzenlilərin heyətində cəmi 7 matçda çıxış etməyə imkan tapıb.

