Millimizin futbolçusu Eddi İsrafilovun komandası “Kadiz” İspaniya kubokunda növbəti mərhələyə adlayıb. İdmanxeber.com-un məlumatına görə, 1/32 final mərhələsi çərçivəsində əndəluslular “Levante” ilə qarşılaşıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. “Kadiz”in yeganə qolunu sabiq “Fənərbağça”lı Daniel Qüiza vurub.
Əlavə vaxtda da hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada isə İsrafilovun komandası daha dəqiq oynayaraq (3:2), adını növbəti mərhələyə yazdırıb.
Start heyətində yer almayan yığmamızın üzvünə 73-cü dəqiqədə şans verilib.