Moskvada əfsanəvi şahmatçı Mixail Talın xatirəsinə həsr olunmuş turnirin 7-ci mərhələsi arxada qalıb.
İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov Ermənistan şahmatçısı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov rəqibi ilə 40-cı gedişdə sülh bağlayıb.
Qeyd edək ki, 7 turdan sonra Məmmədyarovun aktivinə 3 xal var və o, 10 iştirakçı arasında 8-ci yerdə gedir. Yarış cədvəlinə 5 xalla Yan Nepomnyaşi başçılıq edir.