17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək heyəti açıqlanıb.
İdmanxeber.com məlumatına görə, baş məşqçi Vüqar Məmməd Rumıniyada keçiriləcək 6-cı qrupun oyunlarında 18 futbolçunun xidmətindən yararlanacaq.
Onlardan 7-si “Qəbələ”dən çağırılıb, 6-sı isə legionerdir.
AD, SOYAD | KLUB |
Məhəmməd Can Tuncer | Altınordu (İzmir, Türkiyə) |
Nicat Mehbalıyev | İnter |
Şahan Akyüz | Altınordu (İzmir, Türkiyə) |
İzzət Muştaqov | Qəbələ |
Fərid Nadirov | Qəbələ |
Rüstəm Nuruyev | Qəbələ |
Onur Taha Takır | Altınordu (İzmir, Türkiyə) |
Şakir Seyidov | Vətən |
Vüsal Mustafayev | Qəbələ |
İdris İnqilablı | Qəbələ |
Mutlu Aksu Doğan | Altınordu (İzmir, Türkiyə) |
Turan Vəlizadə | Fənərbaxça SK (İstanbul, Türkiyə) |
Fərid Mahmudov | Neftçi |
Məhəmməd Abbaslı | Qəbələ |
Tahir Zeynalov | Vətən |
Murad Mahmudov | RB Leipzig (Almaniya) |
Xəqani Sadıxov | Qarabağ |
Kamran Quliyev | Qəbələ |
Qeyd edək ki, ilk görüş oktyabrın 25-də İngiltərə, iki gün sonra Avstriya, oktyabrın 30-da isə Rumıniyaya qarşı olacaq. Oyunlar Buxarestdə baş tutacaq.