DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina yığması növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin komandası səfərdə Yunanıstanla üz-üzə gəlib.
Şehiçin sonadək ehtiyatda qaldığı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqlar qələbəni 90+5-ci dəqiqədə əldən veriblər.
Qeyd edək ki, Şehiçin komandası hazırda 7 xalla yer aldığı H qrupunda 3-cü pillədə qərarlaşıb.