Premyer Liqa

Dabo dönüşünü qolla qeyd edib

“Qəbələ”nin bir müddətdir zədədən əziyyət çəkən futbolçusu Baqali Dabo sağalıb və komandanın əsas heyətinə geri dönüb.

İdmanxeber.com-un məlumatına görə, fransalı hücumçu klubun əvəzedici komandası ilə yoxlama oyununda meydana çıxıb.

O, görüşdə 4 qol vurmağı da bacarıb.

Qeyd edək ki, Dabo bir ay əvvəl – Topaz Premyer Liqanın 8-ci turunda “İnter”lə oyunda zədələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43