“Monako”nun yarımmüdafiəçisi Timue Bakayoko “Çelsi”yə keçməyə yaxındır.
İdmanxeber.com-un məlumatına görə, londonlular knyazlıq klubu ilə razılığa gəliblər. 22 yaşlı futbolçunun transferi üçün 40 milyon avro ödəniləcək.
Qeyd edək ki, bu mövsüm “Monako”nun heyətində 41 oyunda meydana çıxan Bakayoko 3 qol vurub.