"İnter"in futbolçusu Adrian Skarlatakenin idmanxeber.com saytına müsahibəsi
– Son günlər "İnter"dən ayrılacağın barədə şaiyələr gəzir. Bu doğrudurmu?
– Hələlik nə edəcəyimi bilmirəm. May ayının 25-nə qədər tətildəyəm. Tətildən döndükdən sonra isə təkliflərə baxacağam. Amma onu deməliyəm ki, hələ "İnter"lə müqaviləm var. Bu müqavilə iyun ayında başa çatacaq.
– "İnter"də maliyyə problemləri var. Onlar sənə az maaşla müqavilə təklif etsələr razılaşarsan?
– Dediyim kimi, bir neçə komandadan təklif almışam. Onlardan biri də "İnter"dir. Amma hələ heç bir qərar verməmişəm. Gələn ayın 25-dən sonra bu barədə fikirləşəcəyəm.
– Sanki Azərbaycan klublarında bəxtin gətirmir. Öncə "Xəzər Lənkəran"da eyni problemlə üzləşdin, indi də "İnter"də…
– Bəli, düz deyirsən… "Xəzər Lənkəran"da 3 yaxşı mövsüm keçirmişəm. Məncə, "İnter" də növbəti illərdə güclü olar. Düşünmürəm ki, komandamızın hazırda ciddi problemləri var. Məncə, bu problemlər müvəqqətidir.
– Sponsorun "İnter"dən imtina etməsindən sonra maaşların verilməsində gecikmələr olur…
– Düzdü, hələlik gecikmələr olur. Amma prezidentimiz bizə söz verib ki, mayın 10-na qədər bütün maaşlar köçəcək. Ona inanıram. Yəqin ki, həmin vaxtadək maaşlarımız ödəniləcək.