“Bavariya” Tyaqo Alkantara ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.com-un məlumatına görə, İspaniya millisinin üzvü ilə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2013-cü ildən Münhen təmsilçisinin heyətində çıxış edən 26 yaşlı yarımmüdafiəçi komandanın heyətində keçirdiyi 118 oyunda 17 qol vurub.