“Roma” baş məşqçisi Luçano Spaletti ilə yolları ayırıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, ona gələcək karyerasında uğurlar arzulanıb.
“Roma”nın yeni baş məşqçisinin Eusebio di Françesko olacağı gözlənilir.
“Roma” cari mövsüm İtaliya A seriyasını ikinci pillədə tamamlayaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
L.Spalettinin İtaliya “İnter”inə keçəcəyi iddia edilir.