Futbol üzrə Azərbaycan milli komandasının yeni formaları satışa çıxarılıb.
Satış bu gün Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən satış məntəqələrində təşkil olunacaq.
Yeni oyun forması limitli sayda endirimlə satılacaq. Qiymət isə 68 manatdır.
Azərbaycan – Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq.