“Çelsi”dən ayrılan Con Terri İngiltərənin başqa klublarından təklif alıb.
37 yaşlı müdafiəçinin xidmətində, ilk növbədə, “Aston Villa” maraqlıdı.
Çempionşip təmsilçisi 37 yaşlı futbolçuya rəsmi təkliflə müraciət edib. “Aston Villa” rəhbərliyi “zadəganlar”ın əfsanəvi kapitanına ildə 4 milyon funt-sterlinq məvacib ödəməyə hazırdı.
“Aston Villa” ilə yanaşı, “Bortnmut”, “Vest Bromviç”, “Suonsi” və “Birmingem” də Terri ilə danışıq aparır.