28 İyun 2026
Ölkə futbolu

Azərbaycan Premyer Liqası ilk turdan sonra: Ən çox “Neftçi”də, ən az “İnter”də

Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, yeni mövsümün ilk turunu stadiondan nə qədər azarkeşin izlədiyi müəyyənləşib.

Turun rekordu 8-ci km stadionunda qeydə alınıb. Bu arenada baş tutan “Neftçi” – “Qarabağ” oyununu (1:3) 4800 tamaşaçı tribunalardan izləyib.

İlk turun antirekordu isə “İnter Arena”da qeydə alınıb. Cəmi 500 azarkeş “İnter”in doğma meydanda “Qəbələ”yə məğlubiyyətinin canlı şahidi olub.

Digər qarşılaşmalardan Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” – “Səbail” oyununu (2:1) 900, Sumqayıtda keçirilən “Sumqayıt” – “Kəpəz” matçını (2:1) isə 1326 tamaşaçı tribunalardan izləyib.

Ümumilikdə, mövsümün ilk turunu cəmi 7526 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1881 tamaşaçı deməkdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43