08 İyul 2026
İdman

Dieqo Simeone: “Azərbaycana səfər isə hamı üçün çətin olacaq”

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone püşkü dəyərləndirib.
İdmanxeber.com-un Madrid klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis Azərbaycana səfərin bütün rəqiblər üçün çətin olacağını deyib:

“Çətin qrupa düşmüşük. Eyni zamanda maraqlı qrupdur. Bizi “Roma” və “Çelsi” ilə gərgin oyunlar gözləyir. Azərbaycana səfər isə hamı üçün çətin olacaq. “Çelsi” yaxşı oyunçulara malikdir. Onlar ötən mövsüm fantastik çıxış etdilər. “Roma” da çox yaxşı futbol oynayır. Bu komandanın möhtəşəm baş məşqçisi var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43