25 İyul 2026
İdman

Rauf Əliyev oynadı, komandasına xeyiri olmadı – FOTOLAR

Albaniya çepionatında 2-ci turun görüşləri çərçivəsində futbolçumuz Rauf Əliyevin formasını geyindiyi "Kukesi" "Partizani" kollektivi ilə üz-üzə gəlib.

İdmanxeber.com-un məlumatına görə, rəqib meydanında meydana çıxan Raufun komandası qolsuz heç-heçəyə raızlaşıb. Oyuna start heyətində başlayan Rauf ikinci hissə başlayanda əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra “Kukesi” 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43