Bu gün UEFA Gənclər Liqasında 2-ci turun oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə , “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası “Azərsun Arena”da “Roma”lı həmyaşıdlarını qəbul edəcək. Matç saat 14:00-da başlayacaq.
Xatırladaq ki, ilk oyunda təmsilçimiz “Çelsi”yə 0:5 hesabı ilə uduzub.
14:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)
Hakimlər: Horatiu Fesniç, Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya), İnqilab Məmmədov (Azərbaycan)
“Azərsun Arena”