İsveç səddini aşa bilməyərək dünya çempionatından kənarda qalan İtaliya millisində 4 futbolçu yığma karyerasını başa vurduğunu açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, Canluici Buffonun ardından aniele de Rossi, Andrea Barzagli və Corcio Kyellini də, pley-off mərhələsinin cavab matçından sonra yığmadakı karyerasını başa vurub.
Qeyd edək ki, İtaliya millisi İsveç səddini keçə bilməyərək 1958-ci ildən sonra ilk dəfə mundiala vəsiqə qazana bilməyib.