İdman

“Kəpəz” bu gün azarkeşlərinə qovuşur

“Kəpəz” Azərbaycan Premyer Liqasında XIII turun oyunları çərçivəsində “Qəbələ” ilə keçiriləcək oyuna hazırlığın əsas hissəsini başa vurub.

İdmanxeber.com-un məlumatına görə, Bakıda 3 gün məşq edən Gəncə klubu matç öncəsi son hazırlığına qarşılaşmanın reallaşacağı şəhər stadionunda çıxacaq. Məşq prosesi saat 15:30-a təyin olunub.

Qeyd edək ki, məşq mətbuat və azarkeşlər üçün açıq olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43