FİFA rəsmi “Tvitter” hesabı vasitəsilə DÇ-2018-in başlamasına 100 gün qalması münasibəti ilə hazırlanmış videoçarx paylaşıb.
İdmanxeber.com-un məlumatına görə, videoçarxda Rusiya prezidenti Vladimir Putin, FİFA prezidenti Canni İnfantino, braziliyalı Ronaldo, Dieqo Maradona və bir sıra məşhur futbolçular top çiləyiblər.
Topa 100-cü zərbəni V.Putin endirib. DÇ- 2018 iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı görüşlə start götürəcək.