28 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ” bu gün Moldovaya gedir

Bu gün “Qarabağ” Avroliqanın pley-off mərhələsinin ilk oyunu üçün Moldovaya yollanır.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” klubu bu gün saat 19:00-da  Moldovoya yollanır.  “Köhlən atlar”ın oyunöncəsi məşqi sabah saat 20:00 “Şerif”in stadionunda baş tutacaq. Bundan 15 dəqiqə öncə isə təmsilçimizin baş məşqçisi Qurban Qurbanov mətbuat önünə çıxaraq, jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu avqustun 23-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43