28 Noyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Əsl derbi ab-havası var idi”

Topaz Premyer Liqasının III turuna yekun vuruldu.

İdmanxeber.az-ın məlumatına görə, bu gün TPL-nın III turunda “Qarabağ” komandası “Neftçi”ni qəbul edib. Turun mərkəzi görüşünün ardından ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlama verib.

“Azarkeşlərimizi təbrik edirəm. Bu gün əsil derbi ab-havası var idi. İstər mübarrizə olsun, istərsə də oyun olsun. Futbolçularımı təbrik edirəm. Hər iki komandaya uğurlar arzu edirəm”

-“Neftiçi” ilk hissədə pressinq edərək sizi öz meydanınızda qarşılayırdı.  İkinci hissədə isə daha  ehtiyyatlı oynadı. Bu işinizi asanlaşdırdı?

Davamlı pressinqlə oynamaq heç də asan məsələ deyil. Biz ikinci hissədə yaxşı oyun ortaya qoyduq. Hesabı bərabərləşdirmək üçün daha da istəkli oynayırdıq.

-Avrokubok oyunlarında Jezniçak davamlı ehtiyatda qalır. Sizcə bu yanlış transferdi?

Mən belə deməzdim. Hazırda 20 oyunçum var və hər birindən istifadə etməyə çalışıram. O, artıq ilyarımdırkı komandadır. Əgər yanlış transfer olsa idi bu günə kimi qalmazdı.

-Siz adətən sakit qalmağa üstünlük verirsiniz. Bu gün oyun boyu çox həyəcanlı görünürdünüz. Bunu nə ilə əlaqələndirirsiniz?

Mən ən çox oyun ərzində sakit oluram. Bu gün biraz daha aktiv idim. Məncə, normal hadlır.

Ozobiç bu gün ən yaxşı oyununu keçirdi. Gələcək oyunlarda da ona şans verəcəksiniz?

Ola bilər. Bəzi oyunlar olacaqkı bugünkü mövqedə, bəzi oyunlarda fərqli mövqelərdə görə bilərik.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43