29 Noyabr 2024
Ölkə futbolu

Roberto Bordin: “Nəticə məni qane etdi”

Topaz Premyer Liqasının III turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, bu gün TPL-nın III turunda əzəli rəqiblər olan “Qarabağ” və “Neftçi” komandası üz-üzə gəlib. Matçdan sonra qonaq komandanın baş məşqçisi Roberdo Bordin oyun haqda fikirlərini bölüşüb.

“Burada gülən simalar var bu, mənim üçün çox xoşdur. Çox güclü komandayıq. Hətta bərabərlikdən sonra kifayyət qədər imkanımız oldu. Hesabda öndə olarkən də yaxşı epizodlarımız var idi”

-İkinci hissədə ehtiyatlı futbol oynayaraq, qorxaq oyun ortaya qoydunuz. Qələbənin əldən getməsi sizin xətanızdır?

Biz 7-8 qol epizodu yaratdıq. Siz bunu qorxaq futbol adalandırırsınız? Komanda əgər müdafiə futbolu oynayırsa heç vaxt qol epizodu yarada bilməz.

-Əcnəbi məşqçilər buraya gələndə yerli oyunçulara şans vermir. Bu gün də Rəhmanla, Mirabdulla meydanda yox idi. Bu nəylə bağlıdı?

Biz məşqlər əsasında heyəti formlaşdırırıq. Mənim üçün fərq etməz yerli və ya xarici. Mənim üçün əsas məsələ komandamın uğur qazanmasıdır.

-Niyə görə Dabo hücumun mərkəzində çıxış etmir? Biz onu həmişə o mövqeydə  görmüşdük.

Dabo o mövqeydə daha rahat oynayır. Karikarinin qol epizodları oldu. Təəssüf ki, o epizodları dəyərləndirə bilmədi.

 -Keçən tur “Qəbələ”ilə matçda da müdafiədə çoxlu problemlər var idi. Bu gün də xeyli sayda qapınızda qol imkanları gördünüz. Bu problemi nə vaxt həll edəcəksiniz?

Müdafiə kifayyət qədər yaxşı oynadı. Siz yanlış düşünürsünüz. Hər kəsin öz fikri var.

-Çox ciddi görünürsünz. Nəticə sizi qane etdi? 

Komanda çox yaxşı çıxış  etdi. Hər şey qayadasında idi. Xoşbəxtəm ki, səfər oyununda heç-henə oynadıq.

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43