28 Noyabr 2024
Ölkə futbolu

Aftandil Hacıyev: “Yaranan fasilədən maksimum istifadə edəcəyik”

“Gərgin oyun olacağını gözləyirdik. Çünki “Keşlə”də də vəiyyət yaxşı deyildi”. İdmanxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının III turunda səfərdə “Keşlə”ni məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “Futbolçularıma təşəkkür edirəm, oyuna yaxşı kökləndilər.Səhvlər etməməyə çalışdıq. Yaxşı yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, hər oyuna belə çıxmalıyıq. Bu oyundan sonra çempionatda fasilə yaranacaq. Bundan maksimum istifadə etməyə çalışacağıq”.

– Baş məşqçi kimi Premyer Liqada ilk qələbənizi qazandınız. Bu, sizin üçün nə deməkdir?

– Futbolçu kimi belə qələbələr hiss etmişdim. Əlbəttə, xoş idi. Ardıcıl olması çox vacibdir, bunun üçün üzərimizdə çalışmalıyıq.

– Çempionatda yaranacaq fasilə komandanı tonusdan salmayacaq?

– Sonuncu pillədə qərarlaşdığımız üçün futbolçuların üzərində bir qədər təzyiq var idi. Düşünürəm ki, bundan sonra daha istəkli olacağıq. Yaranan fasilədə çox çalışmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43