28 İyun 2026
Ölkə futbolu

Jezniçak: “Bura müdafiədə oturmağa gəlməmişik”

Yakub Jezniçak iddialı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Avroliqanın qrup mərhələsində “Qarabağ” bu gün “Sportinq”lə qarşılaşacaq. Oyundan öncə komandamızın müdafiəçisi Yakub Jezniçak ölkə mətbuatına açıqlama verib:

“Ardıcıl 5 ildir Avrokubokların qrup mərhələsində çıxış edirik. Bu il bəxtimiz gətirmədi deyə Çempionlar Liqasına yox, Avroliqaya düşdük. Ancaq burada da “Arsenal” və “Sportinq” kimi ÇL səviyyəsində komandalarla düşdüyümüz üçün şanslıyıq. Bura qələbə qazanmaq qüçün gəlmişik. Ancaq müdafiədə oturmaq fikirimiz yoxudr. Hər rəqibə qarşı öz oyunumuzu oynamaq istəyirik. Rəqibin çox təhlükəli əks hücumları var. Bunlara qarşı diqqətli olmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43