Ronaldo “Mançester Yunayted” – “Yuventus” görüşünün ardından İngiltərə təmsilçisinin əfsanəvi baş məşqçisi olan Aleks Ferqusyonla görüşüb. O, təcrübəli mütəxəssislə çəkdirdiyi fotonu “instagram” hesabından paylaşaraq “Böyük məşqçi və möhtəşəm insan. Mənə meydanın içərisində və çölündə çox şey öyrətmisən. Səni yenidən sağlam gördüyüm üçün çox xoşbəxtəm” yazıb.
Qeyd edək ki, Ferqusyon beyninə qan sızmasına görə bir ay xəstəxanada yatdıqdan sonra yenidən sağlamlığına qovuşub.

