Haiti millisi KONKAKAF “Gold cup 2019″da ikinci oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçudu Donald Geryenin çıxış etdiyi milli Nikaraqua ilə qarşıllaşıb və 2:0 hesablı qələbə əldə edib.
Start heyətdə meydana çıxan Gerye 81-ci dəqiqədə əvəzlənib. O, 66-cı dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, ilk görüşdə Bermudaya qalib gələn Haiti millisi turnir cədvəlində 6 xalla Kosta-Rika ilə birlikdə ilk iki yeri bölüşdürür.