21 Dekabr 2024
Kateqoriyasız

AFFA Ayaz Quliyevə Azərbaycan millisində oynamağı təklif edib

Moskva “Spartak”ında çıxış edən Azərbaycan əsilli futbolçu Ayaz Quliyevlə bağlı Rusiya mətbuatında məqalə dərc olunub.

Yazıda AFFA-nın 22 yaşlı futbolçuya Azərbaycan yığmasında oynaması üçün vətəndaşlıq təklif etdiyi qeyd edilib. Quliyevin ilk seçiminin Rusiya millisi olduğu vurğulanıb. O, “Spartak”dakı çıxışı ilə buna ümid edir.

Məqalə müəllifi “Zenit”in yetirməsi, hazırda “Dinamo” (Moskva) klubunda çıxış edən Ramil Şeydayevin Azərbaycan millisinin üzvü olduğunu qeyd edib.

Bundan əlavə, Türkmənistan əsilli müdafiəçi Cəmaləddin Hocaniyazov da Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət edib. 23 yaşlı futbolçunun Ramil Şeydayev və Ayaz Quliyevlə Rusiyanın U-21 millisində birgə çıxış etdiyi xatırlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43