Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Qarabağ” yoxlama oyunu keçirəcək.
Bu barədə “Gənclik şəhəri” təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Sözügedən komandalar oktyabrın 12-də üz-üzə gələcəklər. “Azersun Arena”da keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.