Mario Mancukiç “Yuventus”dan ayrılıb. O, Turin təmsilçisini Qətərin “Əl Duhail” klubuna dəyişib.
Məlumatı asiyalıların saytı yayıb. Xorvatiyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.
Onun Qətərdə illik qazancı 7 milyon 300 min avro olacaq.
Mancukiç “Bavariya”, “Atletiko”, “Yuventus” kimi komandalarda çıxış edib.