Bu gün Azərbaycan Premyer Liqasında XVIIII tura yekun vurulub.
Son oyun günündə iki görüş keçirilib.
Əvvəlcə “Sabah” öz meydanında “Səbail”lə qarşılaşıb. Oyunda hesab açılmayıb.
Digər matçda isə lider “Qarabağ” Respublika stadionunda “Sumqayıt”ı məğlub edib – 1:0.
Azərbaycan Premyer Liqası
XVIII tur
23 fevral (bazar)
16:00. “Sabah” – “Səbail” – 0:0
Qırmızı vərəqə: Yevgeni Koçuk, 15
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
“Bank Respublika Arena”
18:00. “Qarabağ” – “Sumqayıt” – 1:0
Qol: Mahir Emreli, 49
Qırmızı vərəqə: Mahir Emreli, 90+2 (“Qarabağ”)
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika Stadionu