PSJ-nin ulduz furbolçusu koronavirus testindən keçib.
İdmanxeber.az-ın məlumatına görə, xəstələndiyi üçün 2 gün məşqlərə qatılmayan fransalı futbolçunun bu durumu klub rəhbərliyini narahat edib və 21 yaşlı hücumçu testdən keçirilib.
Lakin testin cavabları hər kəsi sevindirib. Mbappedə koronavirusa yoluxma aşkarlanmayıb.