Premyer Liqanın 8-ci turunun hazırda davam edən “Zirə” – “Səbail” matçında maraqlı məqam diqqətdən yayınmayıb.
İdmanxeber.az-ın məlumatına görə, ilk hissənin son dəqiqələrində “Zirə”nin üzvü qonaqların futbolçusuna qarşı sərt oynayıb. Görüşün baş hakimi Orxan Məmmədov meydan sahiblərinin futbolçusuna sarı kart verməyincə “Səbail”in müdafiəçisi Adil Nağıyev “Orxan, kart ver də, ala. Biz etsək vermişdin” – deyə, reaksiya verib.
Qeyd edək ki, ilk hissədən sonra tərəflər qol vura bilməyib.