Yayda “Zirə”dən ayrılan Alvaro Ampueronun yeni klubu bəlli olub.
28 yaşlı futbolçu karyerasını “Mannuççi” klubunda davam etdirəcək. Bu barədə Peru təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ampuero ilə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində İtaliyada “Padova”, “Parma”, “Salernitana”, Peruda “Universitario”, “Munisipial” kimi klublarda çıxış edən Ampuero, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına kimi “Zirə”də çıxış edib.
Sol cinah müdafiəçisi Peru yığmasında da 9 oyun keçirib.