Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
“Qəbələ” ilk oyunda 1:3 hesabı ilə uduzduğu “Qarabağ”ı qəbul edib. Ağdam klubu səfərdə daha böyük hesabla – 3:0 qalib gələrək adını yarımfinala yazdırıb.
Günün digər qarşılaşmasında isə “Sumqayıt” evdə məğlub olduğu (0:1) “Səbail”in qonağı olub. “Gənclik şəhəri” təmsilçisi ilk görüşdəki yenilginin əvəzini 2:1 hesablı qələbə ilə çıxıb. Səfərdə daha çox qol vuran Ayxan Abbasovun komandası yarımfinalda “Qarabağ”ın rəqibi olub.
Digər 1/4 final oyunları sabah baş tutacaq.
Azərbaycan Kuboku
1/4 final
6 fevral (şənbə)
“Qəbələ” – “Qarabağ” – 0:3
Qollar: Maksim Medvedev, 6, Patrik Andrade, 45+4, 48
İlk oyun – 1:3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 15:00
“Səbail” – “Sumqayıt” – 1:2
Qollar: Əfran İsmayılov, 90+4 (pen.) – Rəhim Sadıxov, 20 (pen.), Əli Qurbani, 23
İlk oyun – 1:0.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”, 18:00