Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.
“Mançester Siti” doğma meydanda Dortmund “Borussiya”sını qəbul edib. Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçı İspaniyada keçirilib. Madrid “Real”ı “Liverpul”la üz-üzə gəlib. “Kral klubu” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
23:00. “Real Madrid” – “Liverpul” (İngiltərə) – 2:1
Qollar: Vinisius, 27, Asensio, 36, 65 – Salah, 51
23:00. “Mançester Siti” – “Borussiya” (Almaniya) – 2:1
Qollar: De Bruyne, 19, Foden, 90 – Roys, 84