“Səbail”in qapıçısı Nikolas Hagen karyerasını Norveçdə davam etdirə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qvatemalalı qolkiper sözügedən ölkənin üç komandası – “Molde, “Rusenborq” və “Valerenqo” klublarının maraq dairəsindədi. Norveç klubları 25 yaşlı qapıçını azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Hagenin “Səbail”lə müqaviləsi bu mövsümün sonu başa çatır.