Türkiyə 1-ci Liqasının 34-cü turunda Araz Abdullayevin çıxış etdiyi “Boluspor” “Eskişehirspor”u qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, görüş Bolu təmsilçisisinin 3-0-lıq qələbəsi ilə yekunlaşıb.
Araz bu görüşdə dubla imza atıb. Start heyətdə meydana çıxan və sona kimi oynayan 29 yaşlı yarımmüdafiəçi 17 və 56-cı dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, 42 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.