Gürcüstan çempionatında 14-cü turun oyunları keçirilib.
Azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Tiflis “Lokomotiv”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Samtrediya” 14 oyuna topladığı 9 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.