UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
“Neftçi”nin 1-ci təsnifat mərhələsində evdə “Dinamo”ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində yeni reytinqdə Azərbaycan 1 pillə irəliləyib.
Bununlada ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Son 5 mövsüm üçün xalı 13,125-ə çatıb və ölkəmiz reytinqdə yenidən 28-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,125 xal geri qalır.