“Oyun gözlədiyimiz kimi keçdi. “Neftçi”nın yaxşı orta xətt oyunçuları var. Xüsusən Laval bugün bizə problem yarada bildi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda “Neftçi”yə qarşı keçirdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan (2:2) sonra mətbuat konfransında deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Cavab görüşündə dəyişikliklər ola bilər. Bugün “Neftçi” “Dinamo”ya qarşı necə oynayırdısa bizə qarşı da elə oynadı. Cavab oyununda sürprizlər ola bilər”.