“Neftçi”nin transfer etmək istədiyi Nikita Rukavitsa ssabah Konfrans Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Bakı klubunun Hayfa “Makkabi”si ilə görüşünü stadiondan izləyəcək.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Rukavitsa konkret olaraq “Neftçi”yə “hə” deməsə də, transferə müsbət yanaşdığı bildirilir.
İddiaya görə, paytaxt klubu Nikitaya illik 400.000 avro olmaqla 2 illik müqavilə təklif edib.